24 Yanvar 2023 14:50
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti dəfə Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Teleqraf.com xəbər verir ki, o, Türkiyədə kişilərdən ibarət "Halkbank Ankara" və Bolqarıstanın "Hebar Pazardzhik" komandaları arasında keçiriləcək Çempionlar Liqasının B qrupunun oyununu idarə edəcək.

Qarşılaşmada ikinci dərəcəli referisi fransalı Chantal Kaiser olacaq.

Qeyd edək ki, görüş yanvarın 25-də Ankarada gerçəkləşəcək.


Müəllif: Teleqraf.com