Bu gün AFFA İnrtizam Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının XVII və XVIII turlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.
XVII turun “Bakı” – AZAL matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
XVII turun “Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 12-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cəza kəsilib.
XVII turun “Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə kluba 2000 manat cəza tətbiq edilib.
XVII turun “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
XVIII turun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 10 nömrəli futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 nömrəli futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmiş, bu hakimin gözündən yayınmışdı. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 nömrəli futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalansın, klub 3000 manat cərimə olunsun.
2. Matçın hakimləri haqqında Hakimlər Komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.
Rüstəm