Braziliya millisinin futbolçusu Roberto Firminonun cari mövsümün sonunda İngiltərə "Liverpul"undan ayrılacağı dəqiqləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə 32 yaşlı hücumçunun agenti Rocer Vittmann "Football Insider" nəşrinə açıqlama verib.
O bildirib ki, qərar klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında qəbul edilib.
Qeyd edək ki, Roberto Firmino 2015-ci ildən "Liverpul"un formasını geyinir.