Avstriya yığmasının ulduz futbolçusu David Alaba AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu buraxacaq.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb aldığı zədədir.
Bildirilir ki, baş məşqçi Ralf Ranqnik onu Estoniya seçməsi ilə qarşılaşmaya hazırlayır. Almaniyalı mütəxəssis komandanın liderini riskə atmamaq üçün bu qərarı verib.