Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub.
Teleqraf.com xəbər verir ki, 31-ci çempionatın qalib “Qarabağ” olub.
Beləliklə, “köhlən atlar” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.
“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. Bu isə o deməkdir ki, 2023/2024 mövsümündə “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Sabah” və “Neftçi” isə UEFA Konfrans Liqasında təmsil edəcəklər. Konfrans Liqasına üçüncü vəsiqənin sahibi hələ bəlli deyil.
Qeyd edək ki, sabah “Neftçi” – “Şamaxı”, mayın 17-də isə “Sumqayıt” - “Sabah” görüşləri olacaq.