İtaliya Futbol Federasiyası (FIGC) "Yuventus"a qarşı yeni ittiham irəli sürüb.
Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, Turin klubu bu dəfə maaş maxinasiyasında günahlandırılır. "Qoca sinyora"nın bu işdə yeddi sabiq futbolçusundan və hazırkı direktorundan istifadə etdiyi bildirilib.
İddiaya görə, əməkhaqqı hesabatlarının manipulyasiyası COVID-19 pandemiyası zamanı illik balansda itkiləri süni şəkildə azaltmaq məqsədi daşıyıb.
Qeyd edək ki, daha əvvəl İtaliya Futbol Federasiyası maliyyə fırıldaqçılığına görə "Yuventus"un 15 xalını silib. Amma ötən ay komandanın xalları yenidən bərpa olunub.