Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
“Köhlən atlar” ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb.
67 xala malik "Neftçi" 21 pillə irəliləyərək 287-ci olub.
Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 313 xalla birincidir. İngiltərə "Mançester Siti"si 279 xalla ikinci sıraya yüksəlib. İlk "3-lüy"ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.