Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Hambardzum Hakobyana qalib gəlib.
Teleqraf.com xəbər verir ki, 21 yaşlı idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisini üstələyib.
Murad Allahverdiyev yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.