Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Teleqraf.com xəbər verir ki, “qırmızı-qaralar”dan verilən məlumata görə, klub Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib.
29 yaşlı fransalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent-Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.