20 İyul 2023 22:49
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu idarə edəcək hakimlər bəlli olub.

Teleqraf.com xəbər verir ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab matçı almaniyalı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Sven Yablonski olacaq. Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər