Şimali Amerika Liqa Kubokunun ilk turunun “İnter Mayami” – “Krus Asul” matçı başa çatıb.
Teleqraf.com xəbər verir ki, Fort Lauderdeyldəki (ABŞ) “İnter Mayami” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 44-cü dəqiqədə “İnter”in yarımmüdafiəçisi Robert Teylor açıb. 65-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Uriel Antuna tabloda hesabı bərabərləşdirib. Qələbə qolunu 94-cü dəqiqədə rəqib qapısına argentinalı hücumçu Lionel Messi vurub. O, cərimə zərbəsini dəqiqliklə yerinə yetirib.
Qeyd edək ki, bu, argentinalı üçün yeni komandadakı debüt matçı olub. O, 54-cü dəqiqədə yarımmüdafiəçi Benjamin Kremaskini əvəzləyərək meydana çıxıb.
Beləliklə, hazırda Messinin komandasının iyulun 26-da oynayacağı “Atlanta” da daxil olmaqla üç komandanın yer aldığı 10 qrupunda “İnter” başçılıq edir.