15 Avqust 2023 23:45
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Bakı Kristal Zalında təşkil olunub.

İlk olaraq bayraqların paradı gerçəkləşib.

Ardınca Azərbaycan mədəniyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkə bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Bakıya xoş gəlmisiniz. Ölkəmizdə Heydər Əliyev ilidir. Yarışın bu vaxtda təşkili heç də təsadüfi deyil. Ulu Öndər daim idmançıların yanında olub. Azərbaycanda idman dövlət siyasətidir. Bu yarışın təşkilatçılığını Bakıya həvalə etdikləri üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (İSSF) təşkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram".

Bundan sonra Azərbaycan idmançıları Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının bayrağını səhnəyə gətiriblər.

ISSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qurum rəhbəri idmançılara uğurlar arzulayıb və gözəl yarış olacağına ümid etdiyini söyləyib.
İdmançı, məşqçi və hakimlərin andiçməsindən sonra rəsmi hissə başa çatıb, bədii hissə başlayıb.

Qeyd edək ki, yarış sentyabrın 1-dək davam edəcək. Turnirdə 101 ölkədən 1239 idmançı iştirak edəcək. Azərbaycan dünya çempionatında 31 atıcı ilə təmsil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər