24 Noyabr 2023 00:44
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Real”ı zədəli forvardı Vinisius Juniorun əvəzinə “Qalatasaray”ın hücumçusu Mauro İkardini transfer etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, kral klubu argentinalı hücumçunu qış transfer pəncərəsində ala bilər və onun üçün 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm 30 yaşlı İkardi “Qalatasaray”ın heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentinalının “Qalatasaray”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər