3 Dekabr 2023 09:38
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir və bunu mənə verəcək. Mən həmişə buna inanmışam. Yol boyu çoxlu böyük qayalar var idi, bu, mənim üçün həqiqətən çətin idi, amma sonda belə oldu”.

Teleqraf.com xəbər verir ki, futbolçu bu barədə "ESPN" nəşrinə müsahibəsində deyib.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub. Həlledici görüşdə argentinalılar Fransaya penaltilər seriyasında qalib gəlib. Messi turnirin ən yaxşı oyunçusu seçilib.

Argentina millisi hazırda 2026-cı il dünya çempionatının seçmə turnirində çıxış edir. Altı turdan sonra argentinalılar 15 xalla birinci yerdədir. İkinci yeri Uruqvay tutur.


Müəllif: Pərvin Cəfərova