Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca saxlanılıb.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna 59 yaşlı funksionerin Superliqanın son turunda "Rizəspor"la matçdan sonra meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmağı səbəb olub.
Hadisə ilə əlaqədar fövqəladə iclas keçirən Türkiyə Futbol Federasiyası bütün liqalarda matçların qeyri-müəyyən müddətədək təxirə salınmasına qərar verib. Türkiyə Aktiv Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyi isə referilərin bu həftə çempionat oyunlarına çıxmayacaqlarını elan edib.
Qeyd edək ki, “Ankaragücü” – “Rizəspor” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, Futbol üzrə Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində "Ankaragücü" ilə "Rizespor" komandaları arasında keçirilən matçdan sonra oyunun baş hakimi Halil Umut Melərə hücum edilib. Oyundan sonra "Ankaragücü" prezidenti Faruk Koca baş hakimə yumruq vurub.
Daxili işlər naziri Əli Yerlikaya "Ankaragücü" prezidenti Faruk Kocanın təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanada müalicə olunduğunu və müalicədən sonra saxlanılma prosedurlarının həyata keçiriləcəyini açıqlayıb. Nazir Yerlikaya hakimə hücum edən daha iki nəfərin Ankara Qərb Respublika Prokurorluğunun göstərişi ilə saxlanıldığını deyib.