Mövsümün ikinci yarısına hazırlaşan Bakının AZAL futbol komandası heyətini gücləndirməyi davam etdirir. Teleqraf.com-un məlumatına görə, AZAL 4 futbolçunun keçidini rəsmiləşdirib.
Bunlar son klubu “Araz-Naxçıvan” olmuş Azər Məmmədov və Ruslan Nəsirli, son olaraq “Xəzər-Lənkəran”da çıxış etmiş Aleksandr Şemonayev və ukraynalı legioner Valeri Kutsenkodur.
Bu futbolçularla 1,5 illik müqavilə imzalanıb.