“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.
"Qırmızı-qaralar"ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.
Müayinələrdən sonra onun sağ dizinin iç bağlarından xəsarət aldığı müəyyənləşib. Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.
Nigeriyalı oyunçu meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.