13 Fevral 13:43
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroqa Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da niderlandlı Rob Dieperink, AVAR-da danimarkalı Yonas Hansen əyləşəcək.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər