"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.
Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
***
01:49
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda altıncı qol vurulub.
90+1-ci dəqiqədə meydan sahiblərinin heyətində Joau Moutinyu penaltidən fərqlənməklə fərqi bir qədər azaldıb - 2:4.
***
01:34
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb.
***
01:22
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.
"Köhlən atlar"ın heyətində Olavio Juninyo fərqlənib.
***
01:00
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1.
Abdulla Zubir adını tabloya yazdırıb.
***
00:45
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub
Teleqraf.com xəbər verir ki, meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər - 1:1.
Komandanın heyətində Simon Banza fərqlənib.
***
00:23
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Teleqraf.com xəbər verir ki, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
***
00:00
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, qarşılaşma saat 00:00-da start götürüb.
Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.