"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa klublarının maraq dairəsindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə "DM Sport" məlumat yayıb. Bildirilib ki, Almaniyanın “Auqsburq” və Şotlandiyanın “Seltik”klubları fransalı yarımmüdafiəçini heyətə cəlb etmək istəyir.
Xəbərdə qeyd olunub ki, sözügedən klublar mövsümün sonunda - Zubirin "Qarabağ"la hazırkı müqaviləsi başa çatanda onun keçidini həll etməyə çalışır.
UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfər matçında (4:2) 2 qol vuran və 1 məhsuldar ötürmə edən 32 yaşlı futbolçu ilə Fransa Liqa 1-də çıxış edən bir klubun da maraqlandığı bildirilib.
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"da çıxış edən Abdullah Zubir bu mövsüm Ağdam klubunda ümumilikdə 39 oyuna 11 qol vurub, 10 qol ötürməsi edib.