16 İyun 19:56
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan Polşa - Niderland matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf.com UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "narıncılar"ın heyətində Kodi Qakpo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

25 yaşlı hücumçu Polşa ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.


Müəllif: Teleqraf.com