Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.
Niderland millisi Avstriya ilə üz-üzə gəlib.
Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.
21:46
Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda beşinci qol vurulub.
Teleqraf.com xəbər verir ki, avstriyalı Marsel Sabitzer 80-ci dəqiqədə növbəti dəfə "narıncılar"ı məyus edib - 3:2.
21:40
Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda dördüncü qol vurulub.
Teleqraf.com xəbər verir ki, "narıncılar" növbəti dəfə hesabı bərabərləşdiriblər - 2:2.
Memfis Depay 75-ci dəqiqədə fərqlənib.
Fransa isə Polşa ilə görüşdə hesabda öndədir - 1:0.
21:25
Avstriya Niderlandla görüşdə yenidən hesanda önə keçib - 2:1.
59-cu dəqiqədə Roman Şmid "narıncılar"ı məyus edib.
21:00
Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda ikinci qol vurulub.
"Narıncılar" matçda tarazlığı bərpa ediblər - 1:1.
47-ci dəqiqədə Kodi Qapko fərqlənib.
20:33
Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.
Teleqraf.com xəbər verir ki, niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.
Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.
20:00
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunu start götürüb.
Teleqraf.com xəbər verir ki, D qrupunda Niderland - Avstriya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Qarşılaşmanı slovakiyalı İvan Krujlyak idarə edir.