Avstriyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ün 1/4 finalına yüksələn Türkiyə millisinin ikinci qoluna assistentlik edən Arda Gülər növbəti dəfə Avropa futbolu tarixinə düşüb.
Teleqraf.com xəbər verir ki, “Real Madrid”in 19 yaşlı ulduzu qarşılaşmada məhsuldar ötürmə ilə yeni rekorda imza atıb.
Arda Gülər Avropa çempionatında həm qol vuran (Gürcüstan matçı), həm də assistlik edən (Avstriya matçı) üçüncü ən gənc oyunçu olub. Türk oyunçudan əvvəl bu rekorda Ueyn Runi (Avro-2004) və Kriştiyano Ronaldo (Avro-2004) imza atıb.
Arda Gülər Gürcüstanla matçda vurduğu baxımlı qolla Ronaldonun rekordunu qıraraq, Avropa çempionatında ilk oyununda qol vuran ən gənc futbolçu olmuşdu.