4 İyul 22:13
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-2024-də iştirak edən Türkiyə millisinin qazancı bəlli olub.

Teleqraf.com xəbər verir ki, yarışın 1/8 finalında Avstriyaya qalib gəlib 1/4 finala yüksələn "ay-ulduzlular" gəlirini də artırıb.

Hazırkı durumda Türkiyə Futbol Federasiyasının UEFA-dan tərəfdən qazancı 16 milyon 250 min avro mükafat təşkil edir.

Bu məbləğ aşağıdakı qaydada müəyyən olunub:

Yarışda iştirak üçün: 9 milyon 250 milyon avro;

Qələbələrə görə: 3 milyon avro (hər qələbəyə görə 1 milyon);

1/8 finala yüksəldiyinə görə: 1,5 milyon avro;

1/4 finala yüksəldiyinə görə: 2,5 milyon avro.


Müəllif: Teleqraf.com