2 Avqust 00:09
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqası "Mançester Siti"ni 2 milyon sterlinq məbləğində cərmələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Belə qərar verilməsinə səbəb isə “Mançester Siti”nin son iki mövsümdə matçların vaxtında başlaması və bərpası ilə bağlı öhdəliklər baxımından çempionat reqlamentini pozmasıdır. Klub qaydalara riayət etmədiyini etiraf edib.

Ona görə də "şəhərlilər" təxminən 2,09 milyon funt sterlinq (2,3 milyon avro) cərimə ödəməli olacaqlar. Son iki mövsümdə “Mançester Siti”nin matçın başlamasını və ya onun bərpasını 22 dəfə gecikdirdiyi vurğulanır.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının son mövsümünün yekununda “Mançester Siti” 91 xal qazanaraq 1-ci yeri tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər