Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.
Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.
Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.