Belçikalı triatlonçu Kler Mişel Paris Yay Olimpiya Oyunlarında Sena çayında üzdükdən sonra xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan idmançıya bağırsaq çöpü diaqnozu qoyulub.
Belçikalı idmançı Mişel dörd gün həkim nəzarətində olub. Yarış iyulun 31-də baş tutub. Üzgüçülük yarışlarının nəticələrinə əsasən Mişel 38-ci yeri tutub. Xəstəxanaya yerləşdirildiyi üçün Belçika yığması avqustun 5-də keçirilməsi planlaşdırılan qarışıq estafetdən geri çəkilmək məcburiyyətində qalıb.
Əvvəllər 2024-cü il Olimpiadasında triatlonçular üçün start öncəsi iki məşq Sena çayının çirklənməsi səbəbindən ləğv edilmişdi.
Nəticədə təşkilatçılar suyun keyfiyyətinin məqbul səviyyəyə qayıtdığını bildirərək çayda yarışların keçirilməsinə icazə veriblər. Yarışlardan sonra bir çox triatlonçu suyun keyfiyyətindən şikayətlənib.