Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsində ilk çıxışını edib.
Teleqraf.com xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv əvvəlcə 5 halqa proqramında bacarığını göstərib.
Hakimlərdən 34.850 xal alan yığma hələlik dördüncü pillədə qərarlaşıb.
Komandamız bir qədər sonra 3 lent və 2 top proqramı üzrə hərəkətləri icra edəcək.
Mükafatçılar iki proqramın nəticəsinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.