16 Avqust 15:45
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Zirə" ilə "Omoniya" (Kipr) arasında keçiriləcək oyunların hakim təyinatları açıqlanıb.

Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kiprdə keçiriləcək ilk qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakim Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək. Avqustun 22-də GSP stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Avqustun 29-da Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək cavab oyununu isə Latviyadan olan hakimlər idarə edəcək. Oyunun baş hakimi Vitaliys Spasyonnikovs olacaq. Saat 20:00-da başlayacaq matçın digər hakimləri hələlik açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər