21 Avqust 22:35
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizi çox vacib və maraqlı oyun gözləyir. Artıq iki aya yaxındır, avrokuboklarda çıxış edirik. Sabah pley-off mərhələsinin ilk oyununa çıxacağıq. Rəqibimiz keyfiyyətli və təcrübəli komandadır".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində Kipr "Omoniya"sı ilə səfərdəki ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Kipr klubunun Azərbaycan futbol camiəsinə tanış rəqib olduğunu vurğulayıb: İstər “Qarabağ”, istərsə də “Qəbələ” ilə oyunlardan bu komandanı xatırlayırıq. Son dönəmdə məşqçi heyətlərində dəyişiklik baş verib. Bir neçə yeni transferləri var və bu, komandanın oyununda hiss olunur. Azarkeşləri maraqlı və gərgin oyun gözləyir.

Mütəxəssis daha sonra vurğulayıb: "Mənim yerimdə kim olsa, işini görəcək, müəyyən danışıqlar aparacaq. Futbolçular da vəziyyəti dərk edir, necə vacib görüş olduğunu bilirlər. Pley-off əvvəlki mərhələlərdən fərqlənir. Bizi ilk olaraq sabahkı 90 dəqiqə maraqlandırır ki, səfərdə uğurlu çıxış edə bilək. Şanslarımızı Bakıya saxlamaq istəyirik. İnşallah, cavab oyununda doğma azarkeşlərimiz qarşısında istədiyimiz nəticəni əldə etmək və mərhələni adlamaq istəyirik. Bununla bağlı iş gedir. İnşallah, nəticəsini də sabahkı oyunda görərik".

Qeyd edək ki, sabah keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

/Qol.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər