10 Sentyabr 09:17
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox sevinirəm ki, mən bu uğura imza ata bildim.

Teleqraf.com xəbər verir ki, bunu Fransada keçirilən "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda bildirib.

4 qat dünya çempionumuz qeyd edib ki, bu uğur onun üçün çox böyük naliyyətdir:

“Mən burdan Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, idmançılara bu cür diqqət və qayğı göstərirlər. İnanıram ki, naliyyətlərimiz bundan da çox olacaq”.

Vəliyeva bildirib ki, yarışdan öncədə qalib olacağına inanırmış:

“Finalda qalib olarkən simvolik olaraq göstərdiyim hərəkəti Türkiyə-Azərbaycan qardaşlığına həsr edirəm. Biz hər zaman bir millət, iki dövlət olaraq qalacağıq. Ona görə mən uğurlarımı sırf qardaşlığımıza həsr etdim”.

Qeyd edək ki, Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub. O, 400 m məsafədə isə gümüş medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər