Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.
Teleqraf.com xəbər verir ki, Liqa mərhələsinin I turu çərçivəsində 6 oyun keçirilib.
Serbiyada "Srvena Zvezda" doğma meydanda Portuqaliyanın "Benfika" klubuna 1:2 hesabı ilə məğlub olub.
Almaniya təmsilçisi "Bayer 04" isə səfərdə Niderlandın "Feyenoord" komandasını 4:0 hesabı ilə üstələyib.
Səfərdə İtaliyanın "Atalanta" klubu ilə qarşılaşan İngiltərə nəhəngi "Arsenal" qolsuz heç-heçəyə razılaşıb. Fransanın "Monako" klubu isə İspaniya nəhəngi "Barcelona"nı 2-1 üstələyib.
İspaniyanın digər bir klubu "Atletiko Madrid" isə doğma meydanda Almaniyanin "Leypsiq" klubunu 2-1 hesabla məğlub etməyi bacarıb.
Fransanın "Brest" klubu isə Avstriyanın "Şturm" klubunu 2-1 hesabla məğlub edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.