Cəbəllütariqi UEFA Çempionlar Liqasında təmsil edəcək komanda müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, ölkənin ilk çempionu adını “Linkoln Red İmps” komandası qazanıb və növbəti mövsümdə komanda ÇL-də ölkəsinin şərəfini qoruyacaq.
Xatırladaq ki, Cəbəllütariq çempionu Estoniyanın “Levadiya”, Uelsin “Nyu-Seynts”, Farer adalarının “Torshavn” komandaları, həmçinin, Şimali İrlandiya, Andorra, San-Marino və Ermənistan çempionları ilə birgə ÇL-in birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Azərbaycan çempionu isə ÇL-ə ikinci təsnifat mərhələsindən başlayacaq. Hazırda Azərbyacan çempionatının lideri “Qarabağ”dır.