21 Oktyabr 17:08
201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan II Liqasında çıxış edən "Ağdaş" klubunun futbolçusu Ülvi Sarıyev 4 oyunluq cəzalandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya II Liqanın VII turunda "Hypers Guba" ilə görüşdə ikinci sarı vərəqə aldıqdan sonra futbolçunun hakimləri təhqir etməsi səbəb olub. Ü.Sarıyevin bu hərəkətinə görə “Ağdaş” klubu 300 manat cərimələnib.

"Ağdaş" həmçinin matçın ilkin protokolunu elektron bazada gec təsdiq edildiyinə görə 100, Əsasnamənin tələbləri pozulduğuna görə 50, beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə 70 manat cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər