Türkiyə Milli Olimpiya Komitəsi (TMOK) “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan bütün – idmanın 20 növü üzrə təmsil ediləcək.
TMOK-un saytında yer alan xəbərə görə, Türkiyə Bakıda keçiriləcək yarışa 153 idmançı göndərəcək. Onlardan 90-ı kişi, 63-ü isə qadındır.
Türkiyə “Bakı-2015”də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbol 3X3 üzrə 8 (bir kişi və bir qadın komandası), velosiped idmanında 6, boksda 13 (4 qadın və 9 kişi), qılıncoynatmada 3, güləşdə 24, cüdoda 2, kanoedə 6, karatedə 11 (5 kişi və 6 qadın), stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda 4 (2 kişi komandası), samboda 1, sinxron üzgüçülükdə 10, su polosunda 13 (kişi komandası), triatlonda 3, voleybolda 24 (1 kişi və 1 qadın komandası), üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaq.