1 Aprel 2015 17:52
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal"ın forvardı Teo Uolkott "Çelsi"nin maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

İngilis futbolçunun klubu ilə olan müqaviləsi növbəti mövsümün sonunda bitir. Uolkott saziş yeniləmək fikrində deyil.

"Çelsi" ilə yanaşı, "Liverpul" da 26 yaşlı forvardla yaxından maraqlanır.

Cari mövsümdə 13 matçda meydana çıxan Uolkott 3 dəfə fərqlənib.

Rüstəm


Müəllif: