"Şaxtyor"un yarımmüdafiəçisi Duqlas Kosta "Liverpul"un maraq dairəsinə düşüb.
Teleqraf.com xəbər verri ki, bub barədə "Daily Star" məlumat yayıb. Liverpul klubu braziliyalıya əsas heyətdə yer verməyə hazır olduğunu bildirib.
Əslində, Brendan Rocers "Çelsi"dən Oskarı komandasında görmək istəsə də, sözügedən transferin həyata keçməsi real görünmür. Bu səbəbdən də Mersisayd klubu diqqətini Kostaya yönəldib.
"Liverpul"la yanaşı, "Çelsi" də yarımmüdafiəçi ilə yaxından maraqlanır. "Zadəganlar" Kostaya görə klubuna 27,5 milyon avro ödəməyə hazırdı.
Rüstəm