"İnter" mövsümlərarası fasilədə "Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Tureni heyətinə qatmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. İtaliyanlar futbolçu ilə 5 illik saziş imzalamaq niyyətindədi. "Mançester Siti" isə yarımmüdafiəçinin karyerasının sonuna qədər komandada qalmasını istəyir.
Qeyd edək ki, Ture ingilis klubunda həftəlik 220 min funt qazanır.
Rüstəm