21 Aprel 2015 12:34
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində səfərdə "Barselona" ilə üz-üzə gələcək PSJ səfərə ciddi itkilərlə yollanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb. Paris klubu sözügedən qarşılaşmada 3 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Müdafiəçi Tiaqo Silva və yarımmüdafiəçi Tiaqo Motta zədə səbəbindən Kataoniya klubuna qarşı oynamayacaq. Bundan əlavə, qarşılaşmanı diskvalifikasiya edilmiş Serj Orye də buraxacaq.

"Barselona" - PSJ oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 23.45-də start götürəcək.

Rüstəm


Müəllif: