Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlanıb. Amerikalı boksçu Flod Meyvezer siyahıya başçılıq edir.
Teleqraf.com xəbər verir ki, ESPN telekanalının ekspertləri idmançıların ancaq yarışlarda iştirakdan əldə etdikləri vəsaiti hesaba alıblar. Boksçu Flod Meyvezer bu siyahıda Ronaldo və Messini geridə qoyub.
Siyahının ilk “10-luq”unu təqdim edirik.
Qeyd edək ki, qiymətlər dollarla göstərilib.
1. Flod Meyvezer – 73,5 mliyon - WBC –WBA – (boks)
2. Kristiano Ronaldo – 50,2 milyon – La Liqa
3. Lionel Messi – 50, milyon – La liqa
4. Aaron Rocers – 40 milyon – NFL (Amerikan futbolu)
5. Zlatan İbrahimoviç – 35 milyon – Liqa 1
6. Metyu Stafford – 31,5 milyon – NFL
7. Tom Bredi – 31 milyon –NFL
8. Kobe Brayant – 30.5 milyon -NBA
9. Matt Rayan – 30 milyon – NFL
10.Coy Falkao – 30 milyon – NFL
Aygün İlqarqızı