"Barselona"nın qolkiperi Mark-Andre Ter Ştegen Çempionlar Liqasında "Bavariya" ilə keçiriləcək cavab oyunu ərəfəsində mətbuat nümayəndələrinin qarşısına çıxıb.
Teleqraf.com xəbər verir ki, Alman qapıçı "Barselona"nın iştirak etdiyi bütün turnirlərdə qalib olmaq şanslarını yüksək qiymətləndirib:
"Məşqçilər də oyunçular kimi qabaqcadan danışmağı xoşlamırlar. Addım-addım getsək və diqqətimiz yayınmasa, bütün turnirlərdə qalib olmaq şansımız var. Bu, bizim hədəfimizdi və onu reallaşdırmaq üçün çalışırıq.
Çempionlar Liqası həmişə önəmli turnir olub. Fikrimcə, futbolçular və məşqçilər - hamı bu turnirin qalibi olmaq istəyir. Çempionlar Liqasını qazanmaq futbolda ən böyük nailiyyətlərdən biridi".
Rüstəm