Hollandiya çempionatının 33-cü turunda “Ayaks” – “Kambur” matçından əvvəl maraqlı hadisə baş verib.
Publika.az xəbər verir ki, bir çox ölkədə qeyd olunan “Analar günü”ndə baş tutan oyunda meydan sahibləri sürpriz addım atıb. Amsterdamlılar meydana azyaşlı uşaqların əllərindən tutaraq yox, analarının əllərindən tutaraq çıxıblar.
İndiyədək futbolda belə hadisə yaşanmamışdı. Futbolçuların bu addımı tribunalara toplaşanları duyğulandırıb. Analarına gül verməyi də unutmayan “Ayaks”lı futbolçular matçdan 3:0 hesablı qələbəylə ayrılıb.