13 May 2015 10:17
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, ilk görüş günündə birinci finalçı müəyyənləşib. "Bavariya" doğma meydanda "Barselona"nı qəbul edib. Səfərdə Kataloniya klubuna 0:3 hesabı ilə uduzan almanların bu görüşdə necə oyun sərgiləyəcəyi maraqla gözlənilirdi.

5 qolun qeydə alındığı qarşılaşmada "Bavariya" qələbə qazanıb - 3:2. Ancaq iki oyunun cəminə görə (3:5) "Barsa" adını finala yazdırıb.

Digər yarımfinal cütündə bu gün "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Tərəflər arasındakı ilk görüşdə italyan klubu 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

12 may

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 3:2
Qollar: Benatia, 7, Levandovski, 58, Müller, 74 - Neymar, 15, 29
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Stadion: “Alyans Arena”. Münhen
İlk oyun – 0:3

Rüstəm


Müəllif:

Oxşar xəbərlər