Mayın 23-də Türkiyənin“Qalatasaray” futbol klubunun prezidenti postuna seçkilər keçirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, rəqibləri Turgay Kıran ve Ahmet Özdoğanı böyük fərqlə geridə qoyan Dursun Özbek klubun 36-cı prezidenti seçilib. O, üç il “sarı-qırmızıların” rəhbəri olacaq.
110 illik tarixə malik “Qalatasaray”a ən çox klubun qurucusu Ali Sami Yen rəhbərlik edib. O, üst-üstə 14 il komandanın prezidenti olub.