28 May 2015 11:23
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter qurumda korrupsiya ilə bağlı aparılan təhqiqatı dəstəklədiyini bildirib.

FİFA prezidentinin bu barədə bəyanatı yayılıb. Bəyanatla deyilir ki, təşkilatın rəhbərliyi ABŞ və Isveçrə hakimiyyət dairələri tərəfindən aparılan istintaqı alqışlayır. “Hesab edirik ki, bu, FİFA-nın futbolda korrupsiyanın qarşısının alınması üçün indiyədək həyata keçirdiyi tədbirləri gücləndirəcək” – deyə Y.Blatter vurğulayıb.

Xatırladaq ki, mayın 27-də Sürixdə FİFA-nın bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı keçir.


Müəllif:

Oxşar xəbərlər