11 İyun 2015 20:05
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi”nin baş məşqçisi Joze Mourinyo transfer etmək istədikləri kolumbiyalı futbolçu Radamel Falkao haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında 29 yaşlı hücumçunun “Mançester Yunyated”də potenisalından xeyli aşağı çıxış etdiyini bildirib:

“Falkaonu yaxşı tanıyıram. Onu hələ “Atletiko”da çıxış edəndən izləyirəm. İngilislərin “Mançester Yunayted”də belə bir Falkao izləməsi məni məyus etdi. Onu transfer edə bilsək, necə bir hücumçu olduğunu hər kəsə göstərəcəm”.

Ötən mövsüm "Manşester Yunayted"də 26 oyuna çıxan hücumçu cəmi dörd qol vurub.

Qeyd edək ki, 2014/2015 mövsümünü icarə əsasında "Mançester Yunayted"də keçirən “Monako”nun Falkao “Çelsi”yə keçməyə müsbət yanaşır.


Müəllif:

Oxşar xəbərlər