5 İyul 2015 16:41
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər stadionunda kiçik ölçülü süni örtüklü meydançada AFFA tərəfindən aparılan təmir işləri başa çatıb.

“Kəpəz”in mətbuat xidmətindən verilən məlumata görə, meydançaya müasir standartlara cavab verən yeni süni qazon salınıb.

Artıq gələn həftədən komandalar bu meydanda məşq edə biləcəklər.

Qeyd edək ki, yaxın gələcəkdə Gəncə şəhər stadionunun ərazisində müxtəlif ölçülü süni örtüklü bir neçə meydançanın salınması da planlaşdırılıb.


Müəllif: