22 İyul 2015 08:17
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nyukasl" "Anderlext"in futbolçusu Aleksandr Mitroviçi transfer edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transferin İngiltərə təmsilçisinə 18-20 milyon avroya başa gəldiyi bildirilir. "Nyukasl"a keçidi ilə bağlı danışan Mitroviç bunları deyib:

"Nyukasl"la müqavilə imzaladığım üçün çox şadam. Stadionu gəzdim. Bir çox cəlbedici stadionda oynamışam. Ancaq "Sent Ceyms Park" stadionu həqiqətən də çox böyükdür. Burada oynacağım ilk günü səbirsizliklə gözləyirəm".


Müəllif: