22 İyul 2015 14:22
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının II təsnifat mərhələsində sabah Bakıda "Qəbələ" ilə cavab matçına çıxacaq "Çukariçki"nin baş məşqçisi Vladan Miloyeviç oyunöncəsi fikirlərini bildirib.

Teleqraf.com xəbər verir ki, o, Serbiya mətbuatına açıqlamasında belə danışıb:

"İlk oyunda yaxşı nəticə qazanmışıq. Ancaq bu barədə düşünmürük. Çünki bu, cavab oyunumuza mənfi təsir göstərə bilər.

"Qəbələ" cavab matçında daha aqressiv oynayacaq. Lakin biz oyun üslubumuzu dəyişməyəcəyik. Hazırda rəqibin yox, öz oyunumuz haqda düşünürük".

"Qəbələ" - "Çukariçki" oyunu sabah saat 21:00-da Bakıdakı 8-ci km qəsəbə stadionunda start götürəcək. Serbiyada keçirilən ilk görüşdə "Çukariçki" 1:0 hesabı ilə qalib gəlib.

Rüstəm


Müəllif: