Çempionlar Liqasının ikinci təsnifət mərhələsinin bu gün keçiriləcək “Rudar” – “Qarabağ” oyunu canlı yayımlanmaya bilər.
Monteneqro tərəfi bunun üçün Azərbaycan telekanallarından 10 min dollar tələb edib.
Matçın canlı yayımının sual altına düşməsi də bununla əlaqədardır. Hazırkı durumda telekanallardan heç biri bu pulu verməyə razılaşmayıb.
Bununla belə, oyuna qədər (matç Bakı vaxtı ilə saat 23.45-də başlanacaq) yayımla bağlı problemin aradan qaldırılacağı da istisna edilmir.